Keşlədə evləri subasmaya məruz qalan 37 nəfər təxliyə edilib
Far.Az xəbər saytı

Keşlədə evləri subasmaya məruz qalan 37 nəfər təxliyə edilib


Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə Far.Az-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

***11:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə Far.Az-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Keşlədə evləri subasmaya məruz qalan 37 nəfər təxliyə edilib - YENİLƏNİB
FHN Keşlədə su basmış ərazilərdən sakinləri təxliyə edib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər