FHN rəsmisi: Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir
Far.Az xəbər saytı

FHN rəsmisi: Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir


Bakı, Sumqayıt şəhərlərində Abşeron və Xızı rayonlarında suyun çəkilməsi işləri davam etdirilir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, intensiv yağışlar nəticəsində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri FHN qüvvələri tərəfindən davam etdirilir:

"Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir. Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyyə olunur. Bu tədbirlər gecə saatlarında davam etdirilib və digər təhlükəsizlik tədbirləri görülür".

Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər