Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.
Sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur. Bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.
Məsələ səsə qoyularaq ilk oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













