"Azərişıq" yağışın fəsadlarını aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır
Azərbaycanda davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, "Azərişıq" ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq "Azərişığ"ın əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün gecə-gündüz fasiləsiz gücləndirilmiş iş rejimində çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir.
Həmçinin regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material cəlb edilib. Çaylarda yaranan güclü sel və daşqınlar bir sıra ərazilərdə elektrik dirəklərinin aşması ilə nəticələnib.
Aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Mürəkkəb dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətinin çətinliyinə baxmayaraq "Azərişığ"ın qəza briqadaları digər dövlət qrumlarının əməkdaşları ilə birgə hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunur. Elektrik enerjisi kəsintisi və qəza hallarının aradan qaldırılması məqsədilə paytaxtda və regionlarda təmir-bərpa işləri davam etdirilir.
Oxşar xəbərlər
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Azərişıq": Sumqayıtda sel suları yarımstansiya və transformator məntəqələrinə dolub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













