"Haber Global": İlham Əliyev Tbilisidə vacib mesajlar verdi - Cənubi Qafqaz sülh və əməkdaşlıq mərkəzinə çevrilir - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gürcüstana səfəri barədə süjet hazırlayıb.
Far.Az xəbər verir ki, süjetdə Azərbaycan liderinin Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə təkbətək görüş keçirdiyi qeyd olunub. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər müzakirə olunub, birgə nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.
Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. Həm təkbətək, həm də nümayəndə heyətləri səviyyəsində görüşlər keçirilib, ardınca birgə mətbuat konfransı keçirilib.
Telekanalın reportajında qeyd olunub ki, İlham Əliyev iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb:
"Gürcüstan və Azərbaycan həmişə bir yerdədirlər. Orta Dəhliz hər iki ölkədən keçir və əsas nəqliyyat yolumuzdur. Münasibətlərimiz digər qonşu ölkələr üçün nümunə ola bilər".
İlham Əliyev, həmçinin Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyətə diqqət çəkərək, regionun sülh və əməkdaşlıq mərkəzinə çevirildiyini bildirib.
Gürcüstanın baş naziri, həmçinin İlham Əliyevi ölkəsinin dəyərli dostu kimi xarakterizə edib və Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduqlarını bildirib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













