Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
"NTT DATA Business Solutions" və "SAP" kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Eyni zamanda, "SAP Ariba" platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.
Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.
"SAP S/4HANA" platformasına keçid Azercell-in dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













