İran Küveytdə neft korporasiyasının obyektlərinə və elektrik stansiyasına hücum edib
Far.Az xəbər saytı

İran Küveytdə neft korporasiyasının obyektlərinə və elektrik stansiyasına hücum edib


İran Küveytin bir neçə neft obyektinə və infrastrukturuna zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə Əmirliyin Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Qeyd olunub ki, "Kuwait Petroleum Corporation" neft-qaz korporasiyasının obyektləri, elektrik stansiyası və sutəmizləyici qurğular hücuma məruz qalıb.

"Kuwait Petroleum Corporation"a və Elektrik Enerjisi və Su Təchizatı Nazirliyinə məxsus bir neçə mühüm obyekt İran pilotsuz uçuş aparatlarının bir sıra intensiv zərbələrinə məruz qalıb. Hücumlar nəticəsində əhəmiyyətli dərəcədə maddi ziyan dəyib", - nazirlikdən bildirilib.

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər