"Qala Sığorta"nın xalis mənfəəti 20 %-ə yaxın azalıb
"Qala Sığorta" ASC 2025-ci ili 11,931 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 19,8 % azdır.
Ötən il "Qala Sığorta"nın gəlirləri 84,617 milyon manat (əvvəlki ilə nisbətən 8,3 % çox), xərcləri 69,714 milyon manat (16,4 % çox), mənfəət vergisi ödəmələri isə 2,973 milyon manat (12 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Qala Sığorta"nın aktivləri 90,132 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,3 % artaraq 60,917 milyon manata çatıb, balans kapitalı isə 6,6 % azalaraq 29,216 milyon manata düşüb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır.
Oxşar xəbərlər
AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
Əmanətlərin Sığortalanması Fondu 2024-cü ili mənfəətlə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları













