Albaniyanın XİN rəhbəri: Enerji sektoru Azərbaycanla tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır
Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha Azərbaycanın bu ölkədəki səfiri Anar Hüseynov ilə enerji sektorunda əməkdaşlığı müzakirə edib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, görüş çərçivəsində siyasi dialoqun daha da intensivləşdirilməsi yolları diqqət mərkəzində olub.
Həmçinin ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqlik ifadə edilib.
"Müvafiq səfirliklərimizin Tirana və Bakı şəhərlərində açılması münasibətlərimizə yeni təkan verən mühüm mərhələdir. Bu irəliləyişi məmnunluqla qarşıladıq və yüksək səviyyəli müntəzəm təmasların davam etdirilməsinin əhəmiyyətini vurğuladıq", - deyə nazir əlavə edib.
F.Hoxha vurğulayıb ki, enerji sektoru tərəfdaşlıq əsas sütunlardan biri olaraq qalır və regional enerji təhlükəsizli, eləcə də davamlı inkişaf üçün konkret faydalar təmin edir:
"Eyni zamanda, əlaqələndirmə, ticarət, turizm və mədəni mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial müəyyən etdik. Regional və beynəlxalq platformalarda davamlı koordinasiyanın əhəmiyyətini, eləcə də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran praktiki tərəfdaşlıqların qurulmasının vacibliyini vurğuladıq".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













