Zaur Mikayılov "Report"a su təchizatı və kanalizasiya infrastrukturunun yenilənməsi ilə bağlı müsahibə verib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Far.Az" İnformasiya Agentliyinə müsahibəsində mühüm məsələlərə aydınlıq gətirib.
Müsahibə çərçivəsində paytaxt və onun ətrafındakı ərazilərə normanı aşan yağıntıların törətdiyi problemlər, kollektorların üzərində qanunsuz tikilmiş binalarla əlaqədar mövcud vəziyyət, eləcə də Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı, tullantı və yağış suları şəbəkələrinin modernləşdirilməsinə yönəlmiş 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində yaxın gələcəkdə reallaşdırılacaq tədbirlər geniş müzakirə edilib.
Eyni zamanda, su və kanalizasiya infrastrukturuna qanunsuz qoşulmalar, həmçinin suyun keyfiyyətinə dair aktual məsələlər də söhbət mövzusu olub. Müsahibədə bundan əlavə, dəniz suyunun şirinləşdirilməsi layihəsi və işğaldan azad olunmuş torpaqlarımızda icra edilən su təsərrüfatı layihələri haqqında da ətraflı məlumat təqdim olunub.
Müsahibə bu gün saat 20:00-da dərc olunacaq.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













