Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər
İşğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə imkanları araşdırılır.
Bunu "Far.Az"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i transsərhəd çayların payına düşür, 30 %-i isə daxili resurslardır və bu resursların böyük hissəsi Qarabağ bölgəsində cəmlənib:
"Qarabağ su ehtiyatları baxımından əsas mənbələrdən biridir. Bölgədə mövcud olan Suqovuşan və Sərsəng su anbarları mühüm rol oynayır. Sərsəng su anbarının (560 milyon kubmetr) bu il təmirinə başlanılacaq və bundan sonra həmin ehtiyatlardan Aran bölgəsində 100 min hektardan çox əkin sahəsinin suvarılmasında istifadə olunacaq. Bu məqsədlə "Tərtər" sol sahil kanalı artıq inşa edilib, "Tərtər" sağ sahil kanalının isə layihələndirilməsi aparılır və yaxın vaxtlarda tikintisinə başlanacaq".
Z.Mikayılov əlavə edib ki, bölgədə yeni su layihələri də həyata keçirilir.
"Belə ki, Bərguşad çayı üzərində 60 milyon kubmetrdən çox tutuma malik su anbarı tikilir, Zabuxçay üzərində isə 27 milyon kubmetrlik anbar artıq istifadəyə verilib və 12 min hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Yaxın illərdə Həkəri çayı üzərində də təxminən 90 milyon kubmetr tutuma malik yeni su anbarının tikintisi planlaşdırılır. Bu anbar əsasən içməli su təminatına xidmət edəcək".
ADSEA-nın sədri bildirib ki, hazırda Həkəri suyunun Bakıya ötürülməsi də araşdırılır:
"Əgər texniki və iqtisadi əsaslandırmalar uyğun olarsa, bu layihə hökumətə təqdim ediləcək və müsbət qərar verilərsə, həyata keçiriləcək. Qarabağ bölgəsində həyata keçirilən bu layihələr kənd təsərrüfatının inkişafına da ciddi töhfə verəcək. Ümumilikdə, bölgədə 140 min hektardan çox əkin sahəsinin suvarılması təmin olunacaq".
Onun sözlərinə görə, əsas prioritetlərdən biri müasir suvarma texnologiyalarına keçiddir:
"Damcı və pivot suvarma üsullarının tətbiqi su itkisini azaldacaq və məhsuldarlığı artıracaq. Məqsəd hər damla sudan daha səmərəli istifadə etməkdir".
Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır













