Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır
Far.Az xəbər saytı

Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır


Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.

"Report" xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Mən Hörmüz boğazında azad gəmiçiliyin və təhlükəsizliyin İran tərəfindən tezliklə bərpa edilməsinin vacibliyini vurğuladım, Fransa da bunda iştirak etməyə hazırdır", - o yazıb.

Makron həmçinin Pezeşkianı deeskalasiyanı davam etdirmək və regionda etibarlı təhlükəsizlik zəmanətləri təmin edən saziş bağlamaq üçün İslamabaddakı danışıqların verdiyi imkandan istifadə etməyə çağırıb.

"Mən atəşkəs rejiminə - o cümlədən Livanda - tam riayət olunmasının vacibliyini qeyd etdim. Fransa dövlətin suverenliyini qorumaq və Livanın taleyini müəyyən etmək üçün yeganə səlahiyyətli tərəf kimi Livan hakimiyyətinin addımlarına tam dəstək verir", - Fransa Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Makron Pezeşkianla regiondakı və Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Makron İranın nüvə silahına sahib olmamasını regionda sülh üçün əsas şərt adlandırıb - YENİLƏNİB
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər