Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir
Azərbaycanın hər yerində olduğu kimi qərb bölgəsində də pravoslavlar Pasxa bayramını qeyd edir.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, bu bölgədə yaşayan pravoslavlar gecə saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram edir.
Gecə saatlarından başlayan dini ayinlər zamanı şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Yerli pravoslav sakinlərlə yanaşı, digər şəhərlərdən gələn xristianlar da bayramı burada qeyd edir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
Qeyd edək ki, Gəncədə 200-dən artıq pravoslav ailə yaşayır. Qərb bölgəsində yeganə dini ibadətgah olan Aleksandr Nevski kilsəsi (Rus-Pravoslav kilsəsi) 1887-ci ildə inşa olunub və hazırda bölgədə yaşayan pravoslavlara xidmət edir.
Oxşar xəbərlər
Məktəbin ilk günündən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib












