İsveç Rusiyadan İspaniyaya gedən gəmini saxlayıb
Far.Az xəbər saytı

İsveç Rusiyadan İspaniyaya gedən gəmini saxlayıb


İsveçin Sahil Mühafizəsi Baltik dənizində Panama bayrağı altında üzən "Hui Yuan" yük gəmisini saxlayıb.

"Report" xəbər verir ki, bu barədə SVT ictimai yayımçısı məlumat yayıb.

Qeyd olunur ki, Rusiyadan İspaniyanın Las-Palmas şəhərinə istiqamət alan balker hazırda İstad yaxınlığında lövbər salıb.

"Bazar günü səhər saatlarında Sahil Mühafizəsi ekoloji cinayətlərdə şübhəli bilindiyi üçün İstad yaxınlığında gəmiyə qalxıb", - məlumatda bildirilir.

Pozuntularla bağlı ilkin araşdırmaya başlanılıb.

İlkin məlumatlara görə, gəmidən dənizə kömür tullantıları atılmış ola bilər. Bu isə İsveçin Ətraf mühitin mühafizəsi məcəlləsinin pozulması kimi qiymətləndirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İsveç Rusiyadan gələn gəmini saxladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər