İran ABŞ-nin uranın zənginləşdirilməsindən imtina tələbini rədd edib
Far.Az xəbər saytı

İran ABŞ-nin uranın zənginləşdirilməsindən imtina tələbini rədd edib


İran İslamabadda ABŞ ilə danışıqlar zamanı Vaşinqtonun uranın zənginləşdirilməsini dayandırmaq və müvafiq sənaye infrastrukturunu ləğv etmək tələbini rədd edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tehran həmçinin Hörmüz boğazını gəmiçilik üçün tamamilə açmağa və HƏMAS, "Hizbullah" və Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına maliyyə dəstəyini dayandırmağa razılaşmayıb.

Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə raund danışıqlar keçirilib. İran tərəfinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Amerika tərəfinə isə vitse-prezident Cey Di Vens başçılıq edib.

Görüşün yekunlarına görə tərəflər münaqişənin uzunmüddətli nizamlanması məsələsi üzrə razılıq əldə edə bilməyiblər.

Oxşar xəbərlər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər