Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib
Avstraliyada ölkə tarixində ilk dəfə olaraq qadın ordu komandanı vəzifəsinə təyin edilib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze iyul ayından etibarən ölkə ordusuna ilk dəfə qadının - hazırda birləşmiş qüvvələrin rəisi vəzifəsində çalışan general-leytenant Syuzan Koylun rəhbərlik edəcəyini bildirib.
Avstraliya Baş nazirinin sözlərinə görə, o, quru qoşunlarının rəisi vəzifəsinə başlayaraq bu postda general-leytenant Saymon Stüartı əvəzləyəcək.
Avstraliyanın müdafiə naziri Riçard Marlz S.Koylun təyinatını dərin tarixi an adlandırıb. Onun sözlərinə görə, bu qərar həm Avstraliya Müdafiə Qüvvələrində artıq xidmət edən qadınlar, həm də gələcəkdə belə bir imkanı nəzərdən keçirənlər üçün böyük əhəmiyyət kəsb edəcək.
Qeyd olunur ki, bu təyinat Avstraliya silahlı qüvvələrinin qadın zabitlərin sayının artırılması səyləri, habelə orduda sistematik cinsi qısnama və ayrı-seçkilik ittihamları fonunda baş verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













