Astrofizika kafedrası: Aprelin sonunda meteor yağışı müşahidə ediləcək
Aprel ayının sonunda "π-Puppid" meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə təsadüf edəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. "π-Puppid" meteor yağışı Yer kürəsinin "26P/Grigg–Skjellerup" kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır. Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.
Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən 18 km/saniyə təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də "π-Puppid" meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir. Meteorların radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid bürcündədir. Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha yaxşı müşahidə etmək mümkündür. Bakı və ümumilikdə Azərbaycan ərazisi üçün "π-Puppid" meteor yağışının müşahidəsi çətin hesab olunur. Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb













