Pezeşkian Trampın tənqidindən sonra Papa XIV Leo ilə həmrəyliyini bildirib
İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leo ilə həmrəyliyini ifadə edib.
"Far.Az" xəbər verir ki, bu barədə Pezeşkian "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Papa XIV Leo həzrətləri, mən böyük İran xalqı adından sizin (ABŞ prezidenti Donald Tramp tərəfindən - red.) təhqir edilmənizi pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri - İsanın təhqir olunması istənilən azad insan üçün qəbuledilməzdir. Allahdan sizə cansağlığı arzulayıram", - o bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib. Trampın sözlərinə görə, Roma Papası cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə dəhşətlidir. Tramp bildirib ki, o, Papanın qardaşı Luini daha çox bəyənir, çünki onun iddialarına görə, o, MAGA-nı (Make America Great Again, - red.) tamamilə dəstəkləyir.
Bundan əlavə, Tramp qeyd edib ki, o, Roma Katolik Kilsəsinin rəhbərliyində, onun sözlərinə görə, İranın nüvə silahına malik olmasını normal hesab edən bir Papanı görmək istəmir.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək













