CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Far.Az xəbər saytı

CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq


ABŞ Dövlət katibi Marko Rubio aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqlara qoşulacaq.

"Far.Az" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mövcud məlumata görə, Vaşinqtonda planlaşdırılan danışıqlarda Amerika tərəfini həmçinin Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edəcək. İsrail və Livan nümayəndə heyətləri səfirlər səviyyəsində formalaşdırılacaq.

Bundan əvvəl İsrail hökumətinin başçısı Benyamin Netanyahu Livanın "Hizbullah" qruplaşmasının tərk-silah edilməsi məsələsinə və münaqişənin "mümkün olan ən qısa müddətdə" nizamlanmasına həsr olunmuş Livanla birbaşa danışıqlara təşəbbüs göstərmək qərarı barədə məlumat vermişdi.

Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda hər iki ölkənin ABŞ-dəki səfirlərinin rəhbərlik etdiyi Livan və İsrail nümayəndə heyətlərinin ilkin danışıqları keçiriləcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər