Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib
Far.Az xəbər saytı

Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tisa" partiyasının lideri və Macarıstanda parlament seçkilərinin qalibi Peter Madyar ilə telefon danışığı aparıb, ikitərəfli münasibətləri və aktual beynəlxalq məsələləri müzakirə edib.

"Report" Ərdoğanın ofisinə istinadən xəbər verir ki, liderlər əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib, həmçinin regional və qlobal gündəlik üzrə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

O, həmçinin Ankaranın Budapeştlə strateji tərəfdaşlığı inkişaf etdirmək istəyini qeyd edib və regional və qlobal sabitliyin təmin edilməsi üçün NATO çərçivəsində müttəfiqliyin mühüm rolunu diqqətə çatdırıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər