Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib













