Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
"Report" xəbər verir ki, ilk olaraq yarımfinalda "Xilasedici" "Murov Az Terminal"lı 3:0 (25:19, 25:19, 25:22) məğlub edərək həlledici raunda adlayıb.
Tərəflər arasında ilk dueldə də "Xilasedici" eyni hesablı qələbəyə sevinmişdi.
Ardınca "Neftçi" və "Ordu" münasibətlərə aydınlıq gətiriblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma "Ordu"nun 3:2 hesablı üstünlüyü ilə bitib və komanda finala adlayıb.
İlk matçda "Ordu" 3:0 hesabı ilə qalib gəlmişdi.
Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
Xatırladaq ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər













