Kiyevdə atışma zamanı ölənlərin sayı altıya çatıb, 15 nəfər yaralanıb - YENİLƏNİB
Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb.
Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.
Ukraynanın paytaxı Kiyev şəhərinin Qoloseyevski rayonunda naməlum silahlı şəxs insanlara atəş açıb.
"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Şəhər meri Vitali Kliçko özünün Telegram kanalında atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.
"Atəş açan və hazırda supermarketdə olan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir. İlkin məlumata görə, supermarketin içərisində də silah səsləri eşidilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb və bir neçə nəfər ölüb", - deyə mer bildirib. Onun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə qısa müddət sonra bildirib ki, cinayətkar 1968-ci il təvəllüdlü Dmitri Vasilçenkov olub. Nazirin sözlərinə görə, silahlı şəxs supermarketdə zərərsizləşdirilib. İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski atışmada həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, hadisə nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
"Ukraynanın daxili işlər naziri İqor Klimenko Kiyevdə insanlara atəş açan hücumçunun məhv edildiyini bildirib. Dörd girov xilas edilib. Bütün hallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə o qeyd edib.
İstintaqa Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













