Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir
Far.Az xəbər saytı

Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir


"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır".

Sosial şəbəkələrdə bu kimi xaricdə şirnikləşdirici iş təklifləri edən onlarla səhifə mövcuddur.

Bir çox vətəndaşlar bu təkliflərə aldanıb müraciət edirlər. Həmin elanları paylaşan şirkətlər isə bunun müqabilində müəyyən məbləğdə pul alır və sonra ya yox olur, ya da verdikləri sözləri yerinə yetirmirlər.

Zərərçəkən Təmkin Məmmədov da belə bir elanın qurbanı olub.

"Ötən il avqustun 25-də xaricdə işlə bağlı bir şirkətə müraciət etdim. Almaniyada işləmək üçün 1 000 manat ödəniş etmişdim. Üç ay ərzində işlə təmin olunmalı idim. Hazırda 7-ci aydır və yenidən müqavilə veriblər ki, 10 gün ərzində pulum geri qaytarılacaq. Amma vədlərinə əməl etmirlər", - deyə o, şikayətini bildirib.

Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı vətəndaşın aldandığı "Davidov Global" şirkətinə yollanıb. Özünü təqdim etməyən şəxs vəkillə əlaqə saxlanılmağını istəyib.

Vəkil isə bildirib ki, hazırda dünyada gedən proseslərlə bağlı təyinat ölkəsi işçi miqrantları qəbul etməkdən imtina edib. Buna görə də şirkət iş vədi verdiyi bəzi vətəndaşların pulunu qaytarıb, digərlərinin pullarını da qaytaracaq.

Hüquqşünas Mircavid Miriyev isə belə hallarla qarşılaşan vətəndaşlara hüquq-mühafizə orqanlarına müraciət etməyi təklif edir:

"Qanunvericiliyə əsasən, vətəndaşa vurulmuş zərərin məbləği 500 manatdan yuxarı olduqda, həmçinin əməlin törədilmə üsulundan, qrup halında həyata keçirilib-keçirilməməsindən və ya zərərçəkənlərin sayından asılı olaraq təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu məsuliyyət ən yüngül halda 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə cəzası ilə, ağırlaşdırıcı hallarda isə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasınadək nəzərdə tutula bilər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər