Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi? - RƏSMİ
Far.Az xəbər saytı

Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi? - RƏSMİ


Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 10 metro stansiyanın tikintisi və 2 elektrik deposunun tikintisinin tamamlanması nəzərdə tutulub.

Far.Az xəbər verir ki, bu barədə "APA"ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən obyektlərdən "Dərnəgül" və "Xocəsən" elektrik depolarının layihəsi altına düşən tikililərin köçürülməsi daha əvvəllər (2010-2015-ci illərdə) "Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq kompensasiya ödənilməklə həyata keçirilib.

Proqramda tikintisi nəzərdə tutulmuş 10 metro stansiyasından, 1 stansiyanın tikintisi artıq başa çatmaq üzrədir. Qalan 9 stansiyanın layihələndirilmə işləri həyata keçirilir. Layihə işləri tam başa çatdıqdan sonra, layihə altına düşən tikililərin mövcudluğu müəyyən edilərsə, yuxarıda qeyd edilən qanun tələblərinə uyğun olaraq kompensasiya ödənilməklə həyata keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər