Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb - YENİLƏNİB


Rusiyanın gecə saatlarında Odessaya hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, daha 23 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında məlumat verib.

"Təəssüf ki, Odessanın gecə atəşə tutulması nəticəsində 9 nəfərin həlak olması təsdiqlənib, daha 23 nəfər yaralanıb. Məlumat dəqiqləşdirilir", – Kiper yazıb.

Məlumata görə, Rusiya qoşunları pilotsuz uçuş aparatları vasitəsilə Xarkov vilayətinin Merefa şəhərinə hücum edib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, zərbə nəticəsində bir qadın həlak olub, onun yaşı dəqiqləşdirilir. Daha altı nəfər yaralanıb.

Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Rusiyanın PUA hücumundan sonra Kiyev
Rusiyanın Xarkova hava hücumları nəticəsində yaralananların sayı 31-ə çatıb - YENİLƏNİB-3
Rusiyanın Xarkova aviazərbələri nəticəsində yaralananların sayı 27-yə çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər