Papuaşvili: Gürcüstan, Ermənistan və Azərbaycanın qərarları regionda sabitliyi gücləndirir
Far.Az xəbər saytı

Papuaşvili: Gürcüstan, Ermənistan və Azərbaycanın qərarları regionda sabitliyi gücləndirir


Gürcüstan, Ermənistan və Azərbaycan öz milli maraqlarına əsaslanaraq qərarlar qəbul edir və bu yanaşma regionda sabitliyi gücləndirir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bir vaxtlar qeyri-sabit hesab edilən Cənubi Qafqaz bu gün daha proqnozlaşdırılan məkan kimi formalaşır və bu, effektiv suverenliyin nəticəsidir.

Papuaşvili vurğulayıb ki, Gürcüstan parlamenti də bu istiqamətdə konkret addımlar ataraq şəffaflığı artırıb, qanunvericiliyi təkmilləşdirib və siyasi hakimiyyətin xalqa məxsus olmasını təmin etməyə çalışıb.

"Sülh heç vaxt təmin olunmuş vəziyyət deyil, bu, daim qorunmalı olan məsuliyyətdir. Sülh ayıqlıq, təmkin və uzunmüddətli baxış tələb edir", – o qeyd edib.

Spiker əlavə edib ki, müasir dövrdə xarici müdaxilə və hibrid müharibə demokratiya və suverenlik üçün əsas təhdidlərdəndir və bu çağırışlara qarşı beynəlxalq səviyyədə vahid hüquqi mexanizmlər formalaşdırılmalıdır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər