Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb
Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın resurslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatı və platformasını yaradıb.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi regionda yeni imkanlar vəd edir:
"Azərbaycanın təcrübəsində regionda qurulan əməkdaşlıq modeli, eynilə Mərkəzi Asiya ölkələri ilə qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi bir daha Azərbaycanın regional mənsubluq, regional liderlik və regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun bariz göstəricisidir".
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













