İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb
Far.Az xəbər saytı

İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb


Pakistanın Baş naziri Şahbaz Şərif Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmərəli danışıqlar aparıb.

"Far.Az"un məlumatına görə, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar sosial şəbəkələrdə bildirib.

"Antalya Diplomatiya Forumunda Baş nazir Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmərəli görüş keçirib və forumun kuluarlarında digər liderlərlə konstruktiv dialoq aparıb. Bu platforma həqiqətən sülhün, sabitliyin və əməkdaşlığın dəstəklənməsi naminə müxtəlif baxış bucaqlarını birləşdirən qlobal dialoq məkanına çevrilib", - o qeyd edib.

Oxşar xəbərlər

Antalyada 8-ci Etnospor Forumu baş tutub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər