İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir
İran hərbçiləri raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarını operativ şəkildə artırır. Bu barədə "Report"un Tasnimagentliyinə istinadən məlumat yayılıb.
Far.Az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəviatəşkəs dövründə silah ehtiyatlarının sürətlə bərpa edildiyini açıqlayıb.
Onun sözlərinə görə, İran müharibədən əvvəlki dövrlə müqayisədə raket və dron arsenalını daha qısa müddətdə yeniləyə bilib. Musəvi həmçinin iddia edib ki, ABŞ və İsrail eyni tempdə silah ehtiyatlarını bərpa edə bilmir və buna görə digər regionlardan silah daşınmasına məcbur qalır.
Bundan əvvəl Business Insider nəşri yazmışdı ki, Yaxın Şərqdəki əməliyyatlara baxmayaraq, İranın arsenalında minlərlə ballistik raket və zərbə dronları qalır.
Digər tərəfdən, The New York Times ABŞ kəşfiyyatına istinadən xəbər verib ki, son həftələrdəki hərbi əməliyyatlardan sonra İranın raket qurğularının 60 faizdən çoxu, zərbə dronlarının isə təxminən 40 faizi hələ də istifadəyə hazırdır.
Qeyd olunur ki, bu potensial Hörmüz boğazında gəmiçiliyə təsir göstərmək üçün kifayət hesab olunur.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













