ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir
Far.Az xəbər saytı

ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir


Pakistanlı mənbələr ABŞ ilə İran arasında keçiriləcək növbəti danışıqlarla bağlı yeni məlumat açıqlayıb.

BAKU.WS xəbər verir ki, bildirilir ki, Vaşinqtondan gələn və "əsas heyət"i daşıyan iki təyyarə İslamabad şəhərinə eniş edib.

Rəsmilərin sözlərinə görə, ABŞ və İran nümayəndə heyətləri arasında ikinci mərhələ danışıqlarının bazar ertəsi günü İslamabadda keçirilməsi gözlənilir.

Geo News kanalının məlumatına əsasən, görüş ərəfəsində paytaxtda gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub.

Pakistan hökumətinə yaxın mənbələr də tərəflərin yaxın vaxtlarda İslamabadda bir araya gələcəyini təsdiqləyib.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər