"Bavariya" Bundesliqanın sonuna dörd tur qalmış çempion olub
Far.Az xəbər saytı

"Bavariya" Bundesliqanın sonuna dörd tur qalmış çempion olub


"Bavariya" "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edərək, vaxtından əvvəl Almaniyanın futbol çempionu adını qazanıb.

"Report"un məlumatına görə, münhenlilərin heyətində Rafael Qerreyro (31-ci dəqiqə), Nikolas Cekson (33), Alfonso Deyvis (37) və Harri Keyn (52) qol vurub. Qonaqlardan Kris Fürrix (21) və Çema Andres (89) fərqləniblər.

30 turdan sonra Münhen klubunun 79 xalı var.

Mövsümün sonuna dörd tur qalmış "Bavariya" 30 matçdan 64 xal toplayaraq, ikinci yeri tutan "Borussiya" üzərində əlçatmaz üstünlük əldə edib.

Bu, "Bavariya"nın tarixində 35-ci çempionluqdur və bu, onları Almaniya futbolunda şəriksiz çempion edir. "Nürnberq" doqquz qələbə ilə ikinci, "Borussiya" isə səkkiz Bundesliqa tituluna sahib olmaqla üçüncüdür.

Çempionluq, avqust ayında finalda "Ştutqartı" 2:1 hesabı ilə məğlub edərək Almaniya Super Kubokunu qazanan "Bavariya"nın mövsümdəki ikinci kubokudur. Klub həmçinin Almaniya Kuboku və Çempionlar Liqasında da mübarizəni davam etdirir. 22 apreldə komanda Almaniya Kubokunun yarımfinalında səfərdə "Bayer"lə qarşılaşacaq. "Bavariya" Çempionlar Liqasının yarımfinalında PSJ ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Harri Keyn Bundesliqada rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər