Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Far.Az xəbər saytı

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir


Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

"Far.Az"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.

İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.

Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər