Əraqçi: ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır
Amerika qüvvələrinin İran gəmilərinə qarşı təhdidləri və Vaşinqtonun Tehrana qarşı məntiqsiz tələbləri ABŞ-nin Fars körfəzindəki vəziyyətin həllinə münasibətinin ciddi olmamasını təsdiqləyir.
"Far.Az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın XİN başçısı Məhəmməd İshaq Darla telefon danışığında bildirib.
"İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regiondakı vəziyyətin həllinə münasibətinin ciddi olmamasını nümayiş etdirir", - o deyib.
İran xarici işlər naziri ölkəsinin maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini vurğulayıb. O, həmçinin bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün məsləhətləşmələrin davam etdiriləcəyini təsdiqləyib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb, lakin uğursuz olub.
15 apreldə ABŞ Prezidenti Donald Tramp İran limanlarının dəniz blokadasını davam etdirməsinə baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətləri qorumaq üçün atılıb.
Daha sonra, 18 apreldə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri atəşkəs razılaşmasının pozulmasını və ABŞ Ordusu tərəfindən İran limanlarının davamlı blokadasını əsas gətirərək su yolunun bağlandığını elan edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb













