PFL-ə "Kəpəz"dən Gəncə şəhər stadionu ilə bağlı müraciət daxil olmayıb
Far.Az xəbər saytı

PFL-ə "Kəpəz"dən Gəncə şəhər stadionu ilə bağlı müraciət daxil olmayıb


"Kəpəz" klubunun cari mövsümdə ev oyunlarından birinin Gəncə şəhər stadionunda keçirməsi ot örtüyünün hazır olmasından asılıdır.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.

O, arena hazır vəziyyətdə olsa, Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklərini söyləyib:

"Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Kluba rəsmi olaraq "Neftçi" ilə matça hazır olacağı ilə bağlı söz deyilməyib. Rəsmi deyilsə ki, həmin vaxtadək hazır olacaq, biz də PFL-ə müraciət edəcəyik".

PFL-in Media və marketinq direktoru Sənan Abdullayev də "Far.Az"a açıqlamasında "Kəpəz" klubu tərəfindən quruma stadionun təftiş olunması ilə bağlı hər hansı müraciət daxil olmadığını bildirib

Xatırldaq ki, "Kəpəz" "Neftçi" ilə Misli Premyer Liqasının sonuncu - XXXIII turunda qarşılaşacaq. Həmin matç mayın sonuna planlaşdırılır.

Qeyd edək ki, Gəncə şəhər stadionunda aparılan yenidənqurma səbəbindən "Kəpəz" artıq üç mövsümdür ki, doğma meydanından kənarda çıxış edir. Komanda ev qarşılaşmalarını müvafiq olaraq Qəbələ, Tovuz və Yevlax şəhərlərində keçirir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər