Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama
Paytaxtın Nizami rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən həmin əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilib və nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Far.Az-ə bildirib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur.
***23:59
Bakıda hələ də rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən yerlər var.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin ərazilərdə avtomobillərini park edən sürücülərdən bir manat ödəniş tələb edilir.
Sürücülər də paytaxtın bəzi ərazilərində parklanma yeri kimi nəzərdə tutulmayan yerlərdə onlardan ödəniş tələb edildiyini bildiriblər. Sözügedən yerlərdən birində vətəndaşlardan ödəniş alan şəxs şifahi şəkildə rəhbərliyin burada olmadığını, özünün isə açıqlama verə bilməyəcəyini deyib.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur.
Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur. O da qeyd edilib ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
"Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir", -deyə agentlikdən bildirilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













