Tailandın Mərkəzi Bankı iqtisadi artım proqnozunu aşağı salıb
Tailandın Mərkəzi Bankı ABŞ-İsrailin İrana qarşı davam edən hücumu fonunda 2026-cı il üçün iqtisadi artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.
"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu tənzimləyicinin müavini Çayavadi Çay-anant bildirib.
Onun sözlərinə görə, münaqişənin ilin ikinci yarısında başa çatacağı baza ssenarisində Tailandın ÜDM artımı 1,3% olacaq. Əvvəllər, dekabr ayında bu rəqəm 1,9% olaraq qiymətləndirilirdi.
"Ölkə iqtisadiyyatı enerji idxalının qiymətlərinin artması və turist axınının azalması səbəbindən ciddi təzyiq altındadır. Xüsusilə, İrana hücumlardan sonra bölgədəki hava limanlarının bağlanması səbəbindən mart ayında Fars körfəzi ölkələrindən turizm demək olar ki, dayanıb. Bununla yanaşı, bu ölkələrdən olan varlı turistlər Tailand da bütün turizm xərclərinin təxminən 7%-ni təşkil edir", - deyə o vurğulayıb.
Çay-anant həmçinin Malayziyadan gələn turistlərin sayında azalma olduğunu qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Xankəndiyə gələn turistlərin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













