Azərbaycanda məşhur iş adamı dəniz kənarındakı villasına mebel alıb pulunu ödəməyib?
Mebel mağazasının sahibi aldadıldığını iddia edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, söhbət türkiyəli iş adamı, "Massimo Group" MMC-nin rəhbəri Necip Kösedən gedir.
Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.
İş adamı iddia edib ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb. Məsələdə adı çəkilən Bayram Yusifov isə bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib.
Qeyd edək ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.
Oxşar xəbərlər
"Omid"in bir mağazasının fəaliyyəti qismən MƏHDUDLAŞDIRILIB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













