Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.
"Report" xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, sonuncu dəfə aprelin 14-də Azərbaycandan Ermənistana 1 298 ton dizel daşıyan 22 ədəd çən vaqon yola salınıb.
İndiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.
"Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.
Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Mübarək" şadlıq sarayında yanğın olub













