"Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir
Far.Az xəbər saytı

"Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir


Texnologiya nəhəngi Apple uzun illərdən sonra rəhbərlikdə dəyişiklik etdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, 15 ildir şirkətə rəhbərlik edən Tim Kuk vəzifəsindən ayrılır. Onun yerinə hazırda aparat mühəndisliyi bölməsinə rəhbərlik edən Con Ternus təyin olunub. Yeni CEO sentyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Məlumata görə, Tim Kuk bundan sonra şirkətin direktorlar şurasının sədri kimi fəaliyyətini davam etdirəcək və keçid dövründə yeni rəhbərlə birgə çalışacaq.

Qeyd edək ki, Tim Kuk 2011-ci ildə Steve Cobs istefa verdikdən sonra şirkətə rəhbərlik etməyə başlayıb. Onun dövründə Apple bazar dəyərini rekord səviyyəyə çatdıraraq dünyanın ən bahalı şirkətlərindən birinə çevrilib.

Qeyd edək ki, yeni CEO Con Ternus uzun illərdir şirkətdə çalışır və iPhone, iPad, Apple Watch kimi əsas məhsulların hazırlanmasında iştirak edib. Ekspertlər hesab edir ki, onun təyinatı şirkətin innovasiya və texnoloji inkişaf istiqamətində yeni mərhələyə keçidinə təkan verə bilər.

Oxşar xəbərlər

200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər