Gürcüstanın birinci rübdə azərbaycanlı turistlərdən gəlirləri 48 milyon dolları ötüb
Gürcüstanın 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 % azdır.
Bu barədə "Far.Az" Gürcüstan Milli Bankına istinadən xəbər verir.
Ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında ölkə beynəlxalq turizmdən 829,8 milyon dollar məbləğində gəlir əldə edib, bu da il ərzində 0,5 % artım deməkdir.
Əsas ölkələrdən ümumi daxilolmalar aşağıdakı kimi paylanıb: Aİ - 140,7 milyon dollar (36 % artım), Türkiyə - 120,1 milyon dollar (12 % artım), Azərbaycan - 48,1 milyon dollar (1 % azalma), Ukrayna - 45,3 milyon dollar (34 % artım), Ermənistan - 28,8 milyon dollar (2 % artım), Belarus - 16 milyon dollar (1 % artım), Səudiyyə Ərəbistanı - 12,9 milyon dollar (48 % artım).
Qeyd edək ki, 2025-ci ildə Gürcüstanın turizmdən gəlirləri rekord səviyyədə - 4,69 milyard dollar təşkil edib (2024-cü ilin səviyyəsinə nisbətən 6 % artım). Bununla yanaşı, Azərbaycandan olan turistlərdən gəlirlər 33 % artaraq 223 milyon dollara çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













