"Oskar" mükafatlı rejissor vəfat etdi
Far.Az xəbər saytı

"Oskar" mükafatlı rejissor vəfat etdi


Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.

"Böyük kədər hissi ilə görkəmli ssenarist, rejissor, prodüser və təşkilatımızın üzvü Luis Puenso ilə vidalaşırıq. O, bu gün Buenos-Ayres şəhərində 80 yaşında dünyasını dəyişib", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Puenso 1986-cı ildə "Rəsmi versiya" filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin "Qoca qrinqo" (1989) və "Taun" (1992) filmləri ilə tanınıb.

Rejissor "Oskar"dan başqa "Qızıl qlobus", doqquz "Gümüş kondor" və digər mükafatların sahibidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
95 yaşında vəfat edən Robert Düvallın ƏN YAXŞI FİLMLƏRİ
20, 22, 33 dəfə namizəd olub, az sayda "Qızıl qlobus" qazanan MƏŞHURLAR - SİYAHI
Bu il "Qızıl Qlobus"u onlar qazandılar
Məşhurların ölümündən əvvəl çəkildikləri SON FİLMLƏRİ - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər