ABŞ-nin raket arsenalının bərpasına dörd ildən çox vaxt tələb olunacaq
Far.Az xəbər saytı

ABŞ-nin raket arsenalının bərpasına dörd ildən çox vaxt tələb olunacaq


ABŞ İranla qarşıdurma zamanı arsenalların geniş miqyasda xərclənməsi nəticəsində yeni hərbi münaqişələr baş verəcəyi halda, raket silahlarının əhəmiyyətli dərəcədə çatışmazlığı problemi ilə üzləşmək riski altındadır.

"Far.Az" xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (SBTM) məruzəsində bildirilir.

Analitiklərin qənaətinə görə, yüksək dəqiqlikli raket silahlarının əsas nümunələrinin İrana qarşı kütləvi tətbiqi nəticəsində anbar ehtiyatlarının bərpası bir neçə il tələb edə bilər. Xüsusilə "Patriot" HHM kompleksinin zenit idarəolunan raketlərinin arsenalı müharibədən əvvəlki 2 330 ədəddən min ədəddən çox azalıb.

"THAAD" sisteminin ələkeçirici raketlərinin sərfi ilkin 360 ədəd ehtiyat fonunda 190-dan 290 ədədə qədər, "PrSM" operativ-taktiki raketlərinin sərfi mövcud 90 ədəddən 40-70 ədəd, "Tomahawk" qanadlı raketlərinin sərfi 3100-dən 850 ədəd, həmçinin dörd min ədədlik ümumi ehtiyatdan "JASSM" qanadlı raketlərinin sərfi mindən çox təşkil edib.

SBTM-in proqnozlarına görə, raket arsenallarının tam bərpası üçün 42 aydan 53 aya qədər vaxt tələb olunacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər