Azərbaycanda ixtira fəallığı artıb
Azərbaycanda cari ilin birinci rübündə ixtira fəallığı artıb.
"Far.Az" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, rüb ərzində yalnız ixtiralara dair Agentliyə 109 iddia sənədi daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədlərinin sayı 149 olub (PCT və Avrasiya patentlərinin alınması ilə bağlı iddia sənədləri daxil olmaqla).
Bildirilib ki, 2026-cı ilin birinci rübündə 53 patent verilib, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 patent çoxdur.
Həmçinin, bu ilin birinci rübündə 539 əmtəə nişanı qeydiyyata alınıb. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 əmtəə nişanı çoxdur. Əmtəə nişanı qeydiyyatına dair cari ilin birinci rübündə PƏNAH elektron sistemi vasitəsilə Agentliyə 1012 iddia sənədi (2025-ci ilin müvafiq dövründə 894 iddia sənədi) daxil olub.
Bundan başqa, 2026-cı ilin birinci rübündə 115 müəllifə (hüquq sahibinə) məxsus 210 əsər (2025-ci ilin müvafiq dövründə 167 əsər) qeydiyyata alınıb.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib













