Pezeşkian: ABŞ-nin blokada və təhdidləri münaqişənin sülh yolu ilə həllinə mane olur
İran ABŞ ilə münaqişənin sülh yolu ilə həlli üçün dialoqu həmişə alqışlayıb, lakin Vaşinqtonun blokadası və təhdidləri danışıqlara mane olur.
"Far.Az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"İran həmişə dialoq və razılaşmaları alqışlayıb və alqışlamaqda davam edir. Qeyri-səmimilik, mühasirə və təhdidlər əsl danışıqlar üçün əsas maneələrdir", - o, "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirilib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya səbəb olub, Fars körfəzinin bütün ölkələri münaqişəyə cəlb olunub ki, bu da Hörmüz boğazının bloklanmasına gətirib çıxarıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bunun isə müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatır.
Tərəflər münaqişənin nizamlanması üzrə Pakistanda danışıqlar aparmağa cəhd edib, lakin 11-12 aprel tarixlərində baş tutan ilk raund nəticəsiz qalıb.
Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bəyan edib. İran isə, artıq Fars körfəzi ölkələrinə istiqamət alan gəmilər üçün Hörmüzün blokadaya alındığını bildirib. Regiondakı vəziyyət dünyada enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək













