Ceyhun Abuşov: "Naxçıvanın Bulqan kəndində yeni qaz tənzimləyici şkaf quraşdırılır"
Hazırda Naxçıvan şəhərinin Bulqan kəndində uzun illər əvvəl quraşdırılmış qaz tənzimləyici şkafın yenisi ilə əvəz olunması istiqamətində işlər aparılır.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismar İdarəsinin baş mühəndisinin vəzifəsini icra edən Ceyhun Abuşov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ərazidə 200-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin olunur: "Abunəçilərin dayanıqlı və təhlükəsiz qazla təmin edilməsi məqsədilə yeni şkafın quraşdırılması həyata keçirilir. Bu yenilik, xüsusilə qış mövsümündə əhalinin təbii qaza olan tələbatının tam şəkildə ödənilməsinə xidmət edəcək".
C.Abuşov əlavə edib ki, qış mövsümünün başa çatması ilə əlaqədar artıq tədbirlər planının icrasına başlanılıb: "Muxtar respublikanın müxtəlif rayon və xidmət ərazilərində yenidənqurma işləri həyata keçirilir. Korroziyaya uğramış polad boruların yenilənməsi, eləcə də köhnə və nasaz qaz tənzimləyici şkafların dəyişdirilməsi istiqamətində işlər davam etdirilir".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













