Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib
Expressbank "Sahibkarlar Günü" münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.
Görüşdə sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.
Eyni zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması, nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə bağlı praktiki məlumatlar təqdim olunub.
Qeyd edək ki, qısa müddət əvvəl Expressbank ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir.
Expressbank bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla - 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "Instagram", "Facebook", "LinkedIn" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













