"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi
SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.
Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində edilən dəyişikliyə əsasən, e-taxes.gov.az portalı fəaliyyətini dayandırıb. Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.az platforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü "SİMA İmza" ilə də girişin mümkünlüyüdür.
Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergi xidmətləri əlçatandır. İstifadəçilər "SİMA İmza" mobil tətbiqini yükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və 100-dən artıq xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, istifadəçilər "SİMA İmza" tətbiqində biznes imzası əldə edən zaman 6AYPULSUZ promokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyi istəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-ə yeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda "SİMA İmza" tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanı hər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyac olmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













