Kobaxidze: Kadr dəyişikliklərinin əsas səbəbi koordinasiyanın gücləndirilməsidir
Far.Az xəbər saytı

Kobaxidze: Kadr dəyişikliklərinin əsas səbəbi koordinasiyanın gücləndirilməsidir


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə həyata keçirilən kadr dəyişikliklərinin əsas səbəblərini açıqlayıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, Baş nazir jurnalistlərə bildirib ki, qərarın arxasında duran əsas amil hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi zərurətidir.

Onun sözlərinə görə, bu qurumlar gündəlik olaraq birgə həll edilməli olan çoxsaylı məsələlərlə üzləşir: "Kadr dəyişikliklərinin əsası çox sadədir – hüquq-mühafizə orqanları arasında sıx və daha da gücləndirilmiş koordinasiyaya ehtiyacımız var".

İ.Kobaxidze qeyd edib ki, son aylarda, xüsusilə "4 oktyabr hadisələri" zamanı bu sahədə müsbət təcrübə formalaşıb və qurumlar arasında effektiv əməkdaşlıq təmin olunub. Lakin həmin koordinasiya rəsmi şəkildə tənzimlənməyib.

Baş nazir vurğulayıb ki, yeni yaradılan mexanizmlər vasitəsilə bu əməkdaşlıq artıq institusional çərçivədə davam etdiriləcək: "İndi rəsmiləşdirilmiş, güclü koordinasiya ilə işləməyə davam etmək imkanımız var".

Hökumət başçısı əlavə edib ki, bütün məsələləri şəxsi nəzarətdə saxlamaq mümkün olmadığından yeni vəzifənin yaradılması tamamilə praqmatik qərardır və məhz bu ehtiyacdan irəli gəlir.

Qeyd edək ki, son günlərdə Gürcüstanda bir sıra dövlət strukturunda rəhbər vəzifələrdə yeni təyinatlar olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər