Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər
Far.Az xəbər saytı

Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər


Hörmüz boğazında yerləşdirilən minaların tam təmizlənməsi prosesinin uzun müddət çəkə biləcəyi iddia olunur.

Far.Az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, bu prosesin təxminən 6 aya qədər uzana biləcəyi bildirilir. Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar yekunlaşmadan bu işlərin həyata keçirilməsi ehtimalı aşağı qiymətləndirilir.

"Washington Post" qəzetinin adını açıqlamayan üç rəsmi mənbəyə istinadən yaydığı xəbərə əsasən, yüksək vəzifəli Pentaqon rəsmisi ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinə təqdimat zamanı bu ehtimalları açıqlayıb.

Məlumata görə, İranın Hörmüz boğazı ətrafına 20-dən çox mina yerləşdirdiyi güman edilir. Bildirilir ki, bəzi minalar GPS texnologiyası ilə uzaqdan idarə oluna bilir və bu səbəbdən onların vaxtında aşkar edilməsi çətinləşir.

Eyni zamanda, Pentaqon minaların təmizlənməsi müddəti ilə bağlı mediaya rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hücumlar regionda gərginliyi artırıb. Aprelin 8-də tərəflər arasında iki həftəlik atəşkəs əldə olunsa da, sonrakı danışıqlar nəticəsiz başa çatıb. ABŞ Prezidenti Donald Tramp atəşkəsin uzadılması barədə qərar verdiyini açıqlayıb.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər